satellite   Azerspace-1: 11135 H 30000

DPA: NATO ölkələri Türkiyənin hava müşahidə sistemindən istifadə etmək istəyir

DPA: NATO ölkələri Türkiyənin hava müşahidə sistemindən istifadə etmək istəyir

Polşa və Rumıniya son pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentlərindən sonra Türkiyənin Merops (Multispektral Genişləndirilmiş Mənzilli Optik Görmə) hava müşahidə sistemindən istifadə etməyi planlaşdırır.

NTV xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, son PUA insidentləri fonunda, NATO tərəfdaşları Türkiyənin havadan müşahidə sisteminin qısamüddətli yerləşdirilməsinə ümid edirlər.

Belə ki, Ukraynanın dəstəyi ilə bu sistemin idarə olunması ilə bağlı təlimlərin təşkili planlaşdırılır. Bu istiqamətdə ilk addımların gələn həftənin əvvəlində atılacağı gözlənilir. Sistem helikopterlərə quraşdırıla bilər, buludlar və toz olsa belə düşmən sistemlərini aşkar etməyə qadirdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM