satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada məktəb binası çöküb, onlarla insan dağıntılar altında qalıb

İndoneziyada məktəb binası çöküb, onlarla insan dağıntılar altında qalıb

İndoneziyada çoxmərtəbəli məktəb binasının çökməsi nəticəsində onlarla insan dağıntılar altında qalıb.

NTV xəbər verir ki, İndoneziyanın Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, hadisə Şərqi Yava əyalətinin Sidoarco şəhərində yerləşən və tikintisi davam edən “Al Xoziny” İslam internat məktəbində qeydə alınıb. Faciə nəticəsində azı bir şagird həlak olub, təxminən 80 nəfər xəsarət alıb. Hadisədən sonra 38 nəfərin, o cümlədən şagirdlərin və tikinti işçilərinin axtarışları davam etdirilir.

Yerli medianın yazdığına görə, internat binası yalnız bir neçə ay əvvəl inşa edilib və son betontökmə işlərinin aparılmasına baxmayaraq, artıq məktəbdə dərslər keçirilirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM