satellite   Azerspace-1: 11135 H 30000

NASA-nın rəhbəri Ayda kənd yaratmaq planını açıqlayıb

NASA-nın rəhbəri Ayda kənd yaratmaq planını açıqlayıb

ABŞ-ın kosmik agentliyi NASA 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd yaratmaq niyyətindədir.

NTV xəbər verir ki, bu barədə agentliyin inzibatçısı vəzifəsini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində məlumat verib.

O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, insanların yaşayacağı bütöv bir kənd yaratmaq istəyir. Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.

2026-cı ilin fevralında NASA “Artemida II” missiyasını işə salmağı və 50 il sonra Aya ilk pilotlu missiyaya dörd astronavtı göndərməyi planlaşdırır.

Bu dəfə Ayın səthinə eniş planlaşdırılmasa da, kosmik agentliyin son məqsədi orada kənd salmaqdır. Onun nüvə enerjisi ilə təchiz ediləcəyi, daimi olaraq astronavtları yerləşdirməyə qadir olacağı və Ayın səthində tapılan materiallardan tikiləcəyi gözlənilir.

Şon Daffi əlavə edib ki, NASA Ayda kənd tikdikdən sonra Marsa eniş istiqamətində sürətlə hərəkət etməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM