ABŞ Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında ABŞ-ın nizamlanma planına cavab üçün üç-dörd gün vaxt vermək niyyətindədir.
NTV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
Amerika lideri Qəzza ilə bağlı sülh təkliflərinə HƏMAS-ın cavabını nə qədər gözləyəcəyinə dair sualı cavablandırarkən qeyd edib ki, “biz onlara üç-dörd gün vaxt verə bilərik".
Bir gün əvvəl Ağ Ev Trampın Qəzza zolağında münaqişəyə son qoymaq üçün 20 bənddən ibarət “hərtərəfli” planını dərc edib. Plana əsasən, dərhal atəşkəs və 72 saat ərzində girovların azad edilməsi tələb olunur. HƏMAS və "digər qruplar" Qəzzanın idarə olunmasında birbaşa və ya dolayı yolla iştirak etməmək barədə razılığa gəlməlidir. Dinc yanaşı yaşamağa razı olan və silahlarını təhvil verən hərəkat üzvləri üçün amnistiya nəzərdə tutulur.
