satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada dağıntı altında qalan 38 nəfərin xilas edilməsi üçün əməliyyat aparılır

İndoneziyada dağıntı altında qalan 38 nəfərin xilas edilməsi üçün əməliyyat aparılır

İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarco rayonunda internat tipli məktəb binasının uçması nəticəsində ölənlərin sayı 3-ə çatıb.

NTV İndoneziya mediasına istinadla xəbər verir ki, Dövlət Axtarış və Xilasetmə Agentliyi sentyabrın 29-da baş verən faciə nəticəsində 80-dən çox insanın xəsarət aldığını açıqlayıb. Hazırda dağıntı altında qaldığı güman edilən 38 nəfərin xilasetmə əməliyyatı sürətlə davam edir. Əraziyə yüzlərlə xilasedici cəlb olunub. Onlar dağıntı altında qalanları oksigen və su ilə təmin edirlər.

Agentliyin açıqlamasında deyilir ki, hadisə baş verən binada icazəsiz bir mərtəbə inşa olunurmuş. Ehtimal edilir ki, binanın bünövrəsi buna tab gətirməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM