satellite   Azerspace-1: 11135 H 30000

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb

Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə Filippinin Mülki Müdafiə Agentliyi məlumat yayıb.

"Ölənlərin sayı getdikcə artır. Bizə 60 nəfərin öldüyü barədə məlumat daxil olub", - deyə Filippin Mülki Müdafiə katibi Bernardo Alejandro bildirib.

Güclü yeraltı təkanların qeydə alındığı Sebu əyalətində fövqəladə vəziyyət elan edilib.

Dövlət qurumları regionda infrastrukturun bərpası və əhaliyə humanitar yardımın göstərilməsi üzərində işləyir, yanğından mühafizə bürosunun üzvləri isə axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.

 

05:21

 

Filippində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə “GMA News” məlumat yayıb.

Səlahiyyətlilərin bildirdiyinə görə, San-Remicio bələdiyyəsində idman və istirahət mərkəzinin binası uçub, insanlar dağıntılar altında qalıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bildirib ki, tektonik mənşəli zəlzələ Sebu əyalətindəki Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə, 5 kilometr dərinlikdə baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM