satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb

İtaliyada Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb

İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Çirçeo Milli Parkı ərazisində qəzaya uğrayıb.

NTV  xəbər verir ki, qəza nəticəsində təyyarədə olan iki hərbçi həlak olub. Təyyarənin təlim uçuşu həyata keçirərkən meşəlik ərazidə qəzaya uğradığı bildirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İtaliyanın Baş naziri Ciorcia Meloni Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM