satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada xəstəlik daşıyıcısı olan ağcaqanadlar aşkarlanıb

Böyük Britaniyada xəstəlik daşıyıcısı olan ağcaqanadlar aşkarlanıb

Alimlər iqlim dəyişikliyi səbəbindən Böyük Britaniyada tropik xəstəlik daşıyıcısı olan ağcaqanadların yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.

NTV  “The Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin tədqiqat qrupları ölkədə iki təhlükəli növün: misir ağcaqanadının və Asiya pələngi və ya meşə ağcaqanadının izinə düşüblər. Bu ağcaqanadlar ilk dəfə ölkədə qeyri-yerli həşəratların aşkarlanması üçün qurulmuş xüsusi tələ vasitəsilə aşkarlanıb.

Mütəxəssislərin sözlərinə görə, bu ağcaqanadlar subtropik və tropik iqlimlərlə bağlıdır və Avropada əhəmiyyətli ictimai sağlamlıq təhdidi yaradır. Çünki hər iki növ sarı və denge qızdırması, çikunqunya, Zika və dirofilarioz kimi xəstəliklərin daşıyıcısıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM