satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda baş verən zəlzələ zamanı 17 nəfər xəsarət alıb

İstanbulda baş verən zəlzələ zamanı 17 nəfər xəsarət alıb

Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ zamanı 17 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə şəhər valisi Davut Gül məlumat verib.

Onun sözlərinə görə, 14 nəfər bina sakini panikaya düşərək özlərini binadan atdıqları üçün xəsarət alıblar.

Qeyd edək ki, zəlzələ Tekirdağ bölgəsində, Mərmərə dənizi sahilində 6, 7 km dərinliyində 5 maqnituda gücündə baş verib.

16:02

Türkiyənin İstanbul şəhərində zəlzələ olub.

NTV  xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Avropa Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ 5 maqnitudalı olub.

AFAD zəlzələnin Tekirdağ bölgəsində, Mərmərə dənizi sahilində baş verdiyini bildirib.

Dağıntılar barədə hələlik məlumat yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM