satellite   Azerspace-1: 11135 H 30000

Çinin Baş naziri Şimali Koreyaya səfər edəcək

Çinin Baş naziri Şimali Koreyaya səfər edəcək

Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian Koreya Xalq Demokratik Respublikasının (KXDR) hökumətinin və Fəhlə Partiyasının dəvəti ilə oktyabrın 9-11-də bu ölkədə səfərdə olacaq.

NTV Çinin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu ölkənin Baş naziri Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü münasibətilə keçiriləcək yubiley tədbirlərində iştirak edəcək. O həm hökumət, həm də Çin Kommunist Partiyasının (ÇKP) nümayəndə heyətinə rəhbərlik edəcək.

Nazirliyin açıqlamasında deyilir ki, Çin və KXDR ənənəvi dost və qonşudur. Çin-KXDR əlaqələrini qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək ÇKP-nin və Çin hökumətinin sarsılmaz strateji siyasətidir.

Qeyd edək ki, media Koreya Fəhlə Partiyasının 80-ci ildönümü münasibətilə irimiqyaslı tədbirlərin, o cümlədən hərbi paradın keçiriləcəyi barədə xəbərlər yayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM