satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqında müəssisələrin beşdəbiri İKT təhlükəsizliyi insidentləri ilə üzləşib

Avropa İttifaqında müəssisələrin beşdəbiri İKT təhlükəsizliyi insidentləri ilə üzləşib

Avropa İttifaqı (Aİ) ölkələrində fəaliyyət göstərən müəssisələrin 21,5 faizi İKT sahəsində təhlükəsizlik insidentləri ilə qarşılaşıb. Bu hadisələr İKT xidmətlərinin müvəqqəti əlçatmazlığına, məlumatların məhv edilməsinə və ya korlanmasına, eləcə də məxfi məlumatların açıqlanmasına səbəb olub.

NTV  xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) 2023-cü ilə aid hesabatında əksini tapıb.

İKT təhlükəsizliyi insidentləri ilə daha çox Finlandiyada fəaliyyət göstərən müəssisələr üzləşib. Bu göstərici 42,2 faiz təşkil edib. Sonrakı yerlərdə Polşa (32,5 faiz) və Malta (28,7 faiz) gəlir. Ən aşağı göstəricilər isə Avstriyada (11,5 faiz), Sloveniyada (11,6 faiz) və Bolqarıstanda (12,1 faiz) müşahidə olunub.

İKT ilə bağlı təhlükəsizlik insidentlərinin ən çox qeydə alındığı fəaliyyət sahələri arasında elektrik, qaz, buxar və havalandırma təminatı (28,8 faiz), informasiya və kommunikasiya (27,9 faiz), peşəkar, elmi və texniki fəaliyyətlər (26,8 faiz), daşınmaz əmlak fəaliyyəti (25 faiz), həmçinin su təchizatı, kanalizasiya, tullantıların idarə edilməsi və bərpa (24,1 faiz) sektorları yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM