satellite   Azerspace-1: 11135 H 30000

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü Ankarada keçiriləcək.

NTV Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu ölkələrin müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf planlarını müzakirə edəcəklər. Növbəti il müdafiə nazirlərinin görüşü Azərbaycanda keçiriləcək", - məlumatda qeyd olunub.

Bildirilib ki, Gürcüstanın müdafiə naziri İrakli Çikovani, həmçinin türkiyəli və azərbaycanlı həmkarları - Yaşar Gülər və general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşlər keçirəcək.

Üçtərəfli görüşün yekunları üzrə nazirlər birgə bəyannamə imzalayacaq və bəyanat verəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM