satellite   Azerspace-1: 11135 H 30000

HƏMAS: Razılaşma çərçivəsində İsrail 2 min fələstinli məhbusu azad edəcək

HƏMAS: Razılaşma çərçivəsində İsrail 2 min fələstinli məhbusu azad edəcək

HƏMAS hərəkatı ilə İsrail arasında əldə olunan razılaşma çərçivəsində 2 minə yaxın fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək. Onlardan 250-si ömürlük həbs cəzasına məhkum olunanlardır.

NTV xəbər verir ki, bu barədə Maan informasiya agentliyi HƏMAS rəhbərliyinin sözçüsünə istinadla məlumat yayıb. Bildirilir ki, sazişin birinci mərhələsində 20 girovdan ibarət bir qrup azad ediləcək. Bunun müqabilində İsrail hakimiyyəti 250-si ömürlük həbs cəzası çəkən 2000-dən çox fələstinli məhbusu azadlığa buraxacaq. HƏMAS sözçüsü əlavə edib ki, azad olunacaq fələstinlilər qrupuna 2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan sonra həbsdə olan 1700 nəfər daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM