satellite   Azerspace-1: 11135 H 30000

“Bayraktar KIZILELMA” ilk atışda hədəfi dəqiqliklə vurdu - FOTOLAR

“Bayraktar KIZILELMA” ilk atışda hədəfi dəqiqliklə vurdu <font color=red> - FOTOLAR</font> “Bayraktar KIZILELMA” ilk atışda hədəfi dəqiqliklə vurdu <font color=red> - FOTOLAR</font> “Bayraktar KIZILELMA” ilk atışda hədəfi dəqiqliklə vurdu <font color=red> - FOTOLAR</font>

Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi olan “Bayraktar KIZILELMA” sınaq proqramı çərçivəsində “TOLUN” və “TEBER-82” sursatları ilə ilk atış sınağını tam dəqiqliklə yerinə yetirib.

NTV  xəbər verir ki, Türkiyənin müdafiə sənayesinin qabaqcıl şirkətlərindən olan “Baykar”dan verilən məlumata görə, “Bayraktar KIZILELMA” döyüş qabiliyyətini nümayiş etdirərək növbəti uçuş sınağını uğurla tamamlayıb.

Şirkətin məlumatında qeyd olunur ki, milli pilotsuz döyüş təyyarəsinin sınaqları nəzərdə tutulan qrafikə uyğun davam edir. Sınaqlar çərçivəsində “KIZILELMA”nın üçüncü prototipi olan “PT-3” iki ayrı uçuş həyata keçirib. İlk uçuşda “ASELSAN” tərəfindən hazırlanmış “TOLUN” sursatlarını atəşə tutan “KIZILELMA” hədəfini dəqiqliklə vurub. İkinci uçuşunda “ROKETSAN” istehsalı olan “TEBER-82” ilə təchiz edilmiş pilotsuz döyüş təyyarəsi bu atışda da hədəfi müvəffəqiyyətlə məhv edib.

“KIZILELMA”nın inkişaf fəaliyyətləri çərçivəsində ilkin prototiplərdən əldə edilən təcrübəyə əsaslanaraq istehsal prototipində əhəmiyyətli dəyişikliklər edilib. “KIZILELMA” güclü yeni mühərriki ilə səs sürətinə yaxınlaşacaq və aerodinamik təkmilləşdirmələr sayəsində yüksək sürətlə çox daha yaxşı manevr edə biləcək. Onun “AESA” radarı inkişaf etmiş situasiya məlumatlılığını təmin edərək, ən çətin tapşırıqları yerinə yetirməyə imkan verir.

2026-cı ildə inventara daxil olması hədəflənən “Bayraktar KIZILELMA”nın kütləvi istehsalına başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM