Filippinin cənubunda baş verən 7,4 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb.
NTV xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb.
07:46
Filippin sahillərində baş verən 7,4 maqnitudalı zəlzələdən sonra İndoneziyanın bir sıra regionlarında sunami təhlükəsi elan edilib.
NTV-nin məlumatına görə, bu barədə Filippin Vulkan və Seysmologiya İnstitutu məlumat yayıb.
Xəbərdarlıq Şimali Sulavesi və Papua əyalətləri üçün qüvvədədir. Alimlər hündürlüyü 50 santimetrə qədər olan dalğanın gəlməsini gözləyirlər.
Xatırladaq ki, zəlzələnin episentri Mati şəhərindən 63 km şimal-şərqdə yerləşib, ocağı isə 53 km dərinlikdə olub.
