satellite   Azerspace-1: 11135 H 30000

Kiyevə kütləvi hava hücumu: dağıntılar və xəsarət alanlar var - FOTOLAR

Kiyevə kütləvi hava hücumu: dağıntılar və xəsarət alanlar var<font color=red> - FOTOLAR</font> Kiyevə kütləvi hava hücumu: dağıntılar və xəsarət alanlar var<font color=red> - FOTOLAR</font>

Rusiya ordusu gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava hücumu edib.

NTV xəbər verir ki, Kiyevdə güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işə düşüb. Çoxkombinasiyalı hava hücumundan zərbə dronları və müxtəlif tipli raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə olunub, dağıntılar qeydə alınıb.

Kiyev şəhər meri Vitali Kliçko “Telegram” səhifəsində yazıb ki, kütləvi hava hücumu zamanı 9 nəfər yaralanıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Merin sözlərinə görə, kritik infrastruktura edilən hava hücumlərı nəticəsində şəhərin sol sahili elektriksiz qalıb. Su təchizatında da problemlər var.

Peçerski rayonunda PUA qalıqları çoxmərtəbəli yaşayış binasına düşüb. Bir neçə mərtəbədəki mənzillər yanıb. Yanğın söndürülüb.

Hava hücumu 5 saata yaxın davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM