satellite   Azerspace-1: 11135 H 30000

2030-cu ilə qədər Qazaxıstan 16 min kilometrdən çox dəmir yolu tikəcək və modernləşdirəcək

2030-cu ilə qədər Qazaxıstan 16 min kilometrdən çox dəmir yolu tikəcək və modernləşdirəcək

Coğrafi mövqeyinə görə Qazaxıstan Avrasiya nəqliyyat-logistika şəbəkəsinin mərkəzi halqası kimi Şərqlə Qərb, Şimal ilə Cənub arasında sabit əlaqəni təmin etməyə qadirdir.

NTV Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Düşənbədə keçirilən ikinci “Mərkəzi Asiya-Rusiya” Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qazaxıstan ərazisindən 11 beynəlxalq nəqliyyat dəhlizi, o cümlədən beş dəmir yolu və altı avtomobil dəhlizi keçir, onların üzərindən Asiya ilə Avropa arasında quru yük daşımalarının təxminən 85 faizi həyata keçirilir.

“Son 15 ildə hərtərəfli modernləşdirmə məqsədilə sənayeyə 35 milyard dollardan çox sərmayə qoyulub”, - deyə o bildirib.

Dövlət başçısı məlumat verib ki, Qazaxıstan hökuməti qarşısında regionda və ümumilikdə bütün Avrasiya məkanında müasir, təhlükəsiz və dayanıqlı nəqliyyat-logistika infrastrukturunun inkişafı məqsədilə fəal işin davam etdirilməsi vəzifəsi durur.

“2030-cu ilə qədər 11 min kilometr dəmir yolunun təmir edilməsi və 5 min kilometrdən çox yeni yolların tikilməsi planlaşdırılır”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM