satellite   Azerspace-1: 11135 H 30000

İsrail Qəzzadakı qoşunlarını geri çəkməyə başlayıb

İsrail Qəzzadakı qoşunlarını geri çəkməyə başlayıb

Fələstinin HƏMAS hərəkatı ilə əldə edilmiş razılaşma çərçivəsində İsrail ordusu (SAXAL) Qəzza sektorunda razılaşdırılmış mövqelərə doğru geri çəkilir.

NTV xəbər verir ki, “The Times of Israel” nəşrinin məlumatına görə, SAXAL gecə saatlarında və bu gün səhər Qəzza sektorunda əvvəlki mövqelərindən geri çəkilərək razılaşdırılmış cəbhə xətlərində yerləşməyə başlayıb.

Razılaşmanın ilk mərhələsində İsrail ordusunun bəzi bölmələri Qəzzadan tamamilə çıxarılacaq, bəzi bölmələr isə razılaşdırılmış mövqelərə yerləşəcək.

Nəşrin məlumatına görə, İsrail qoşunlarının geri çəkilməsi prosesini oktyabrın 10-u günorta saatlarınadək başa çatdırmağı planlaşdırır.

Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp HƏMAS və İsrail nümayəndələrinin sülh planının ilk hissəsini imzaladıqlarını açıqlayıb. Razılaşma İsrail qoşunlarının Qəzza sektorundan çıxarılmasını və girovların tezliklə azad olunmasını nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM