satellite   Azerspace-1: 11135 H 30000

Çin dəniz platformasından orbitə raket buraxıb

Çin dəniz platformasından orbitə raket buraxıb

Çinin dəniz platformasından “Gravity-1” daşıyıcı raketi ilə orbitə 3 peyk göndərilib.

NTV  xəbər verir ki, özəl şirkətin istehsalı olan raketin buraxılışı Şandon əyalətinin sahil sularından yerli vaxtla saat 10:20-də (Bakı vaxtı ilə saat 6:20) baş tutub. Dünyanın ən böyük və güclü bərk yanacaq raketinin 2-ci buraxılışında peyklər planlaşdırılan orbitə çatdırılıb.

Qeyd edək ki, “Gravity” daşıyıcı raketinin ilk buraxılışı ötən ilin yanvarında olub. İstehsalçı şirkətin məlumatına görə start çəkisi 405 ton olan raket 6,5 ton yükü aşağı Yer orbitinə və ya 4,2 tona qədər olan yükü 500 kilometr hündürlükdə tipik günəş sinxron orbitinə daşıya bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM