satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze: Gürcüstanda 500 xarici agent fəaliyyət göstərir

İrakli Kobaxidze: Gürcüstanda 500 xarici agent fəaliyyət göstərir

“Gürcüstan cəmiyyətində 500 xarici agent fəaliyyət göstərir və onlar ölkəmizdə etiraz aksiyalarını dəstəkləməklə etiraz ab-havası saxlamağa çalışırlar. Gürcüstanda etiraz əhvalı yoxdur”.

NTV  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, əslində gürcü cəmiyyətində etiraz yoxdur və bunu “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının seçkilərdə səslərin 82 faizini əldə etməsi də təsdiqləyir.

“Biz 1 milyon 100 mindən çox səs əldə etmişik. Belə vəziyyətdə əlbəttə ki, bu cür süni etiraz cəhdlərinin heç bir perspektivi olmayacaq”, - deyə İ.Kobaxidze vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM