satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda terrorçuluqla əlaqədar üç nəfər saxlanılıb

Gürcüstanda terrorçuluqla əlaqədar üç nəfər saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları xarici terror təşkilatına qoşulmaqda və terror fəaliyyətinə yardım etməkdə ittiham olunan 3 nəfəri saxlayıb.

NTV xəbər verir ki, bu barədə DTX-də keçirilən brifinqdə xidmət rəhbərinin birinci müavini Laşa Maqradze açıqlama verib.

Bildirilib ki, DTX-nin Terrorla Mübarizə Mərkəzi əcnəbi terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı ilə bağlı aparılan araşdırmalar çərçivəsində məhkəmənin qərarı əsasında Acarıstan bölgəsinin 5 müxtəlif məntəqəsində xüsusi əməliyyat keçirib. Nəticədə üç nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

"Terrorla Mübarizə Mərkəzi tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əldə edilmiş sübutlar əsasında şübhəli terror fəaliyyətləri müəyyən edilib. Terror ideologiyası əsasında yaradılan "Təkbirçi" adlandırılan "Camaat" üzvlərinin terror təşkilatının nüfuzlu liderləri ilə əlaqələri olub. "Camaat" şəklində radikal-ekstremist ideologiyaya əsaslanan qruplaşma yaradıblar. Əldə olan məlumata görə, adıçəkilən qrupun üzvləri “İŞİD” terror təşkilatının nüfuzlu üzvlərini qanunsuz yolla Gürcüstana gətirməyi və onların rəhbərliyi altında müəyyən tramplin təşkil etməyi, bununla da həmfikirlərin qanunsuz qəbulunu - yerləşdirilməsini, maddi-texniki xidmətlərin göstərilməsini, Gürcüstan ərazisindən tranzit məqsədlər üçün istifadə etməyi planlaşdırıblar.

Bu gün səhər saatlarında həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində terrorçuluq rəmzləri əks olunmuş əşyalar, partlayıcı maddələr, külli miqdarda döyüş sursatı və odlu silahlar, hərbi texnika, mobil telefonlar və digər elektron informasiya daşıyıcı qurğular, müxtəlif valyutalarda xüsusilə külli miqdarda nağd pul və istintaq üçün vacib olan digər sübutlar götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə və saxlama, xarici terror təşkilatına qoşulma, terror fəaliyyətinə yardım etmə kimi maddələri ilə istintaq aparılır. Saxlanılan şəxsləri 17 ilə qədər həbs cəzası gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM