satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan parlamentinin spikeri Avropa İttifaqını bu ölkədə baş verən hadisələri pisləməyə çağırıb

Gürcüstan parlamentinin spikeri Avropa İttifaqını bu ölkədə baş verən hadisələri pisləməyə çağırıb

Oktyabrın 4-də Tbilisidə baş verən toqquşmalarda 25-ə qədər polis əməkdaşı yaralanıb, onlardan 15-i xəstəxanaya yerləşdirilib. Polis 46 etirazçını və aksiyanın 5 təşkilatçısını saxlayıb.

NTV  xəbər verir ki, bu barədə Gütcüstan parlamentinin spikeri Şalva Papuaşvili sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Avropa İttifaqı dəstəklədiyi qruplar tərəfindən Gürcüstanın Prezident Sarayına zorakılıqla basqın edilməsini pisləyənə qədər ekstremizmin tərəfdarı olaraq qalacaq.

O deyib ki, Gürcüstan hakimiyyəti Qərb dövlətlərini və Amerika Birləşmiş Ştatlarını Tbilisidəki hadisələri pisləməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM