satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda Ümumdünya İnklüziv Təhsil Konqresi keçiriləcək

Qazaxıstanda Ümumdünya İnklüziv Təhsil Konqresi keçiriləcək

Oktyabrın 15-dən 17-dək Almatıda təhsil sahəsində ən böyük beynəlxalq tədbir - Ümumdünya İnklüziv Təhsil Konqresi keçiriləcək.

NTV Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, forum inklüziv təhsil sahəsində aparıcı dünya ekspertlərini və təcrübəçiləri bir araya gətirəcək.

Konqresdə 40 ölkədən 1200-dən çox nümayəndənin - nazirlərin, beynəlxalq ekspertlərin, BMT-nin, UNESCO-nun, aparıcı universitetlərin və tədqiqat institutlarının nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirin əsas nəticəsi qlobal miqyasda inklüziv siyasətin gələcək inkişafı üçün strateji istiqamətləri müəyyən edən beynəlxalq sənədin - İnklüziv Təhsil üzrə Almatı Bəyannaməsinin müzakirəsi olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM