satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya ilə Türkiyə arasında müdafiə sahəsində daha sıx əməkdaşlıq barədə razılıq əldə edilib

Böyük Britaniya ilə Türkiyə arasında müdafiə sahəsində daha sıx əməkdaşlıq barədə razılıq əldə edilib

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

NTV Baş Nazirliyin ofisinə istinadla xəbər verir ki, Kir Starmer Prezident Ərdoğana atəşkəsin əldə olunması və müharibəyə son qoyulması prosesində oynadığı mühüm roluna görə təşəkkür edib. Tərəflər bildiriblər ki, mövcud vəziyyət dönüş nöqtəsi olmalı və sülh planının həyata keçirilməsi istiqamətində irəliləyiş davam etdirilməlidir. Kir Starmer deyib ki, Böyük Britaniya prosesin növbəti mərhələsində aparıcı rol oynamağa hazırdır.

Görüş zamanı, həmçinin iki ölkə arasında ortaq prioritetlər müzakirə olunub və müdafiə sahəsində daha sıx əməkdaşlıq barədə razılıq əldə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM