satellite   Azerspace-1: 11135 H 30000

Tramp Yaxın Şərq Sülh Sammitində Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Tramp Yaxın Şərq Sülh Sammitində Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

“Son zamanlar baş verən bəzi münaqişələrə baxsanız, Türkiyə Prezidenti onların həllində başda idi və o, onları qazanırdı”.

NTV-nin məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı deyib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir. “Hər dəfə ona ehtiyacım olanda o, mənim yanımda olub. Mən Türkiyə Prezidenti Ərdoğana təşəkkür etmək istəyirəm. O, heç vaxt uğursuz olmur. O, heyrətamizdir. Ona görə də dostluğa görə sizə təşəkkür etmək istəyirəm”,- deyə Tramp əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM