satellite   Azerspace-1: 11135 H 30000

Leysan İspaniyanın şərqində xaosa səbəb olub - FOTOLAR

Leysan İspaniyanın şərqində xaosa səbəb olub<font color=red> - FOTOLAR</font> Leysan İspaniyanın şərqində xaosa səbəb olub<font color=red> - FOTOLAR</font> Leysan İspaniyanın şərqində xaosa səbəb olub<font color=red> - FOTOLAR</font> Leysan İspaniyanın şərqində xaosa səbəb olub<font color=red> - FOTOLAR</font>

“Alisa” qasırğası İspaniyanın şərqini vurub. AEMET meteoroloji xidməti Valensiyada qırmızı, Kataloniya və Balear adalarında narıncı həyəcan siqnalı elan edib. Tufan, leysan, dolu, güclü küləyin əsəcəyi gözlənilir.

NTV  xarici mətbuata istinadla xəbər verir ki, leysin səbəbindən Kataloniyanın Qandiya və Şerako yaşayış məntəqələri arasında qatarların hərəkəti dayandırılıb. Bölgənin müxtəlif ərazilərində avtomobil yollarının təmizlənməsi üçün ağır texnika cəlb olunub.

Qodallda onlarla evi su basıb. Bələdiyyə binası qismən dağıdılıb. Onlarla avtomobili sel suları aparıb.

“Biz ikinci mərtəbəyə qalxdığımız üçün xilas olduq. Cəmi bir neçə dəqiqə ərzində meydan dənizə çevrildi”, - deyə yerli barlardan birinin sahibi Blanka Ballester “La Vanguardia” nəşrinə bildirib.

Valensiyada fırtına 400-ə yaxın yol qəzasına səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM