satellite   Azerspace-1: 11135 H 30000

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstanın Baş naziri ilə görüşü ləğv edib

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstanın Baş naziri ilə görüşü ləğv edib

Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü ləğv olunub.

NTV Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Finlandiyanın “Helsingin Sanomat” qəzeti məlumat yayıb. Bildirilir ki, görüş Finlandiya tərəfinin təşəbbüsü ilə Elina Valtonenin iş qrafikindəki dəyişikliklərlə əlaqədardır. Finlandiyalı nazir Gürcüstan hökumətinin hər hansı seçki tədbirlərində iştirak etməsi və ya yalan məlumat yayması iddialarını rədd edib. Valtonen mətbuata açıqlamasında deyib: "Mən Gürcüstanda həftələr və aylardır davam edən nümayişləri görmək üçün orada idim. Söz azadlığına dəstəyimi ifadə etmək istədim. Gürcüstan hökumətinin mənə qarşı reaksiyasından sonra mən də görüşü ləğv edərək cavab verməli oldum”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM