satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan MTX: Sosial şəbəkələrdə vəzifəli şəxslərin adından saxta profillər yaradılır

Ermənistan MTX: Sosial şəbəkələrdə vəzifəli şəxslərin adından saxta profillər yaradılır

Ermənistanda dələduzlar şəxsi məlumatları oğurlamaq üçün sosial şəbəkələrdə vəzifəli şəxslərin adına saxta profillər yaradılır.

NTV yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, son vaxtlar vətəndaşların kompüter məlumatlarının istifadəsi, dəyişdirilməsi, bloklanması halları artıb. Xüsusilə, bank məlumatlarını əldə etmək, pul oğurlamaq üçün müxtəlif vəzifəli şəxslərin adına sosial şəbəkələrdə profillər yaradılır.

Bununla əlaqədar MTX vətəndaşları dələduzların qurbanı olmamaq üçün sayıq olmağa çağırıb.

Daha əvvəl Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan vatsapda onun adına saxta profil yaradıldığını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM