satellite   Azerspace-1: 11135 H 30000

Paşinyanı öldürmək istəyən komandir 2 il müddətinə azadlıqdan məhrum edilib

Paşinyanı öldürmək istəyən komandir 2 il müddətinə azadlıqdan məhrum edilib

“Sisakan” dəstəsinin komandiri Aşot Minasyan (“Aşot Yerkat”) silah saxladığına görə 2 il müddətinə azadlıqdan məhrum edilib.

NTV Ermənistan mediasına istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi şərti cəza haqqında birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

Qeyd edək ki, Aşot Minasyan 2021-ci ilin dekabrında Baş nazir Nikol Paşinyanın qətlini hazırlamaqda ittiham olunaraq həbs edilib. İstintaq daha sonra onda çox sayda silah və sursat aşkarlandığını açıqlayıb. Daha sonra dəlil çatışmazlığı səbəbindən o, zaminə buraxılıb. 2024-cü ilin dekabrında Sünik məhkəməsi onu 1 il 10 ay sınaq müddətinə azadlıqdan məhrum edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM