satellite   Azerspace-1: 11135 H 30000

ATƏT Nazirlər Şurasının 32-ci iclası Vyanada keçiriləcək

ATƏT Nazirlər Şurasının 32-ci iclası Vyanada keçiriləcək

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

NTV ATƏT-ə istinadən xəbər verir ki, iclas 4-5 dekabr tarixlərində baş tutacaq.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin dəvəti ilə təşkil olunan tədbir 57 iştirakçı dövlətin və 11 tərəfdaşın xarici işlər nazirlərini bir araya gətirəcək.

"Bu il ilk dəfə olaraq ATƏT sədri (Avstriya istisna olmaqla) Nazirlər Şurasının iclasını öz ölkəsində və ya başqa bir ölkədə deyil, təşkilatın mənzil-qərargahının yerləşdiyi Vyanada keçirir. Bu qərar iştirakçı dövlətlər və Katiblik üçün səyahət xərclərini azaltmaq, həmçinin tədbirin ətraf mühitə təsirini minimuma endirmək məqsədini əks etdirir", - məlumatda qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM