satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin XİN başçısı ilə ABŞ Dövlət katibi qlobal məsələləri müzakirə ediblər

Türkiyənin XİN başçısı ilə ABŞ Dövlət katibi qlobal məsələləri müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

NTV xəbər verir ki, telefon söhbəti zamanı İsrail ilə Fələstin arasında əldə edilən atəşkəsin davamlılığı və Qəzza zolağına humanitar yardımların fasiləsiz çatdırılması üçün atıla biləcək addımlar müzakirə olunub.

Dövlət rəsmiləri Şarm əl-Şeyx Sammitində imzalanmış Niyyət Bəyannaməsinin icrası ilə bağlı məsələləri dəyərləndiriblər.

Bundan əlavə, Suriyadakı vəziyyət, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar və Rusiya ilə Ukrayna arasındakı müharibənin gedişi barədə də fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM