satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Yunanıstana nota verib

Türkiyə Yunanıstana nota verib

Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media səhifəsində Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi- nəqliyyat təyyarəsinin fotosunun “Günün fotosu” başlığı ilə paylaşılması Ankarada sərt qınağa səbəb olub.

NTV xəbər verir ki, mübahisəli nəşrə cavab olaraq, Ankara Afinaya etiraz notası göndərib və həmin foto dərhal silinib. Onun yerinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına ünvanlanan başsağlığı mesajı yerləşdirilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik Yunanıstan hakimiyyətini sərt tənqid edib.

Siyasətçi vurğulayıb ki, həlak olan əsgərlərin xatirəsinə hörmətsizlik humanizm prinsiplərinə və hərbi məsələlərə yanaşmalara etinasızlığın göstəricisidir.

Lakin Ömər Çelik Yunanıstan tərəfinin mübahisəli nəşri tez bir zamanda silməsini “düzgün yanaşma” adlandırıb.

“Zəlzələlər və təbii fəlakətlər zamanı ölkələrimiz bir-birinə kömək əli uzadır. Bu, düzgün yanaşmadır”, - deyən hakim partiyanın nümayəndəsi qalmaqalda iştirak edən bütün şəxslərin müəyyən ediləcəyinə və cəzalandırılacağına ümid etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM