satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

İtaliyanın Toskana regionunda hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.

NTV xəbər verir ki, leysan nəticəsində bəzi bölgələrdə çaylar məcrasından çıxıb, genişmiqyaslı daşqınlar baş verib. Torre çayının daşması nəticəsində Qorizia əyalətində torpaq sürüşməsi olub. İki nəfərin itkin düşdüyü bildirilir.

Hazırda mülki müdafiə qüvvələrinin axtarış-xilasetmə əməliyyatları davam edir. Ərazi qırmızı zona elan edilib və torpaq sürüşmələrinin artacağı ehtimalı var. Bölgəyə 6 saat ərzində 152 millimetr yağıntı düşüb.

Əlverişsiz hava şəraitinə görə Toskana, Piedmont, Liquriya, Emiliya-Romanya və Kampaniya regionlarında sarı xəbərdarlıq elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM