satellite   Azerspace-1: 11135 H 30000

Monqolustanda yaşamaq istəyən xarici vətəndaşların sayı 37 mini ötüb

Monqolustanda yaşamaq istəyən xarici vətəndaşların sayı 37 mini ötüb

Monqolustanda 132 ölkədən 37 min 939 nəfər xarici vətəndaş yaşamaq üçün qeydiyyatdan keçib.

NTV Monqolustanın MONTSAME informasiya agentliyinə istinadla xəbər verir ki, əcnəbilər əsasən Çin Xalq Respublikası (24 626), Rusiya Federasiyası (2 720), Koreya Respublikası (1 594), ABŞ (1 004) və digər ölkələrin (7 995) vətəndaşlarıdır. Ümumi xarici vətəndaşlardan 537 nəfər rəsmi, 21 min 723 nəfər biznes, 5 min 87 nəfər təhsil məqsədilə Monqolustanda yaşayır. 1 769 nəfər immiqrasiya, 141 nəfər dini, digərləri isə şəxsi məqsədlər üçün bu ölkəni seçib.

Son beş ildə Monqolustanda rəsmi və ya şəxsi yaşayış icazəsi olan xarici vətəndaşların sayı 23 min nəfər artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM