satellite   Azerspace-1: 11135 H 30000

Nigeriyada silahlılar 25 məktəbli qızı oğurlayıblar

Nigeriyada silahlılar 25 məktəbli qızı oğurlayıblar

Nigeriyanın şimal qərbindəki Maqa vilayətində yerləşən internat məktəbinə silahlı hücum nəticəsində işçilərdən biri öldürülüb, digəri isə yaralanıb.

NTV yerli mənbələrə istinadla xəbər verir ki, silahlılar 25 məktəbli qızı oğurlayaraq naməlum istiqamətə aparıblar.

Yerli polisin sözçüsü Kotarkuşi bildirib ki, hücum edənlər müasir silahlardan istifadə ediblər. Hazırda qızların axtarışları davam edir.

Qeyd olunur ki, bu hadisə son 11 ildən məktəbə ilk hücumdur. Borno vilayətindəki bir məktəbə sonuncu hücum 2014-cü ildə Boko-Haram terrorçu qruplaşmasının üzvləri tərəfindən edilmişdi. Həmin hücumda 276 tələbə oğurlanmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM