satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Avropanı Rusiyaya qarşı daha aqressiv mövqe tutmağa çağırır

ABŞ Avropanı Rusiyaya qarşı daha aqressiv mövqe tutmağa çağırır

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Mettyu Uitaker Avropa ölkələrini Rusiyaya qarşı daha aqressiv mövqe tutmağa çağırıb.

NTV  xəbər verir ki, bu barədə “Bloomberg” nəşri diplomatın özünə istinadla məlumat yayıb. Uitakerin sözlərinə görə, Birləşmiş Ştatların avropalı müttəfiqləri Ukraynanın hərbi xərclərini ödəmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək planlarını həyata keçirməyə başlamalıdır. Onların cəsarətlə hərəkət etmələrinin vaxtı çatıb. Diplomat qeyd edib ki, bu tədbirlər yaxın bir neçə il ərzində Kiyevin maliyyələşdirilməsində "əhəmiyyətli addım" olacaq.

Daha əvvəl “Politico” belə bir xəbər yaymışdı ki, Belçika “söhbətin nədən getdiyinin təfərrüatlarını bilənədək” dondurulmuş Rusiya aktivlərindən istifadə olunması ilə razılaşmayacaq. Ölkə rəhbərliyi potensial riskləri bölüşmək üçün Avropa İttifaqına təzyiq göstərməkdə davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM