satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

Türkiyənin Hatay şəhərinin Belen rayonunda yeddi mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.

Bu barədə NTV yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, daha on dörd nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər yanğınsöndürənlər tərəfindən təxliyə edilib və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Yanğının başvermə səbəbi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM