satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ABŞ-a kollektiv təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər təqdim edib

Rusiya ABŞ-a kollektiv təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər təqdim edib

Moskva Ankoricdə keçirilən Rusiya-Amerika sammitində əldə edilən razılaşmaları inkişaf etdirərək, Vaşinqtona kollektiv təhlükəsizlik zəmanətləri ilə bağlı əlavə təkliflər təqdim edib.

NTV xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafında nizamlama məsələləri ilə bağlı səfirlər səviyyəsində keçirilən dəyirmi masada çıxış edərkən bildirib.

“Təhlükəsizlik zəmanətlərini müzakirə edərkən yalnız Ukrayna ilə kifayətlənmək olmaz”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın 2021-ci ilin sonunda təklif etdiyi ABŞ və NATO ilə müqavilə layihələri tam şəkildə aktuallığını qoruyub saxlayır və müzakirələr üçün başlanğıc nöqtəsi ola bilər.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya nizamlama ilə bağlı kollektiv şəkildə hazırlanmış istənilən təklifləri nəzərə almağa hazırdır. “Danışıqlara başlamaq üçün kollektiv kontekstdə hazırlanmış bütün mövcud təklifləri nəzərə almağa hazırıq”, - deyə o bildirib.

Lavrov vurğulayıb ki, Amerika sülh təşəbbüslərinin son versiyaları Moskvaya təqdim edilməyib: “İndiyə qədər heç kim bizə planın son versiyasını göstərməyib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM