satellite   Azerspace-1: 11135 H 30000

Kiyev Donbasda demilitarizasiya zonasına razılıq verdiyi ilə bağlı məlumatları təkzib edib

Kiyev Donbasda demilitarizasiya zonasına razılıq verdiyi ilə bağlı məlumatları təkzib edib

Ukraynanın Prezident Administrasiyası guya Kiyevin Donbasda demilitarizasiya zonasının yaradılmasına razılıq verdiyi ilə bağlı “Le Monde” qəzetində yer alan məlumatları təkzib edib.

NTV xəbər verir ki, Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə açıqlamasında nəşrdəki məlumatın düzgün təqdim olunmadığını bildirib. Onun sözlərinə görə, Prezident Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixaylo Podolyak yalnız müzakirə oluna biləcək nəzəri modellərdən danışıb və burada hər hansı bir təsdiqlənmiş qərardan söhbət gedə bilməz.

Qeyd edək ki, bir müddət öncə Fransanın “Le Monde” qəzeti Ukrayna hakimiyyətinin Donbasda hərbsizləşdirilmiş bufer zonasının yaradılması ideyası ilə razılaşdığını və bunun üçün mövcud cəbhə xətti boyunca hərbi qüvvələrin qarşılıqlı şəkildə geri çəkilməli olduğunu yazmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM