satellite   Azerspace-1: 11135 H 30000

Mirzoyan: Aİ-nin Cənubi Qafqazda infrastruktur layihələrində iştirakını alqışlayırıq

Mirzoyan: Aİ-nin Cənubi Qafqazda infrastruktur layihələrində iştirakını alqışlayırıq

Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə Şurasının iclasında Ermənistan və Aİ arasında tərəfdaşlığın əsas nailiyyətləri müzakirə edilib.

NTV-nin məlumatına görə, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərin suallarına cavab verərkən bildirib.

Onun sözlərinə görə, iclas Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın sədrliyi ilə keçirilib və iqtisadi əməkdaşlıqdan təhlükəsizlik sahəsində dayanıqlılığın gücləndirilməsinədək geniş məsələləri, o cümlədən hibrid təhdidlərə qarşı mübarizə və Avropa Sülh Dəstək Mexanizmi çərçivəsində yardımı əhatə edib.

A.Mirzoyan qeyd edib ki, daha geniş regional gündəlik, o cümlədən Cənubi Qafqazda vəziyyət, region ölkələri arasında kommunikasiyaların açılması və bunun yarada biləcəyi yeni imkanlar da müzakirə olunub.

"Biz bu məsələləri müzakirə etdik və Aİ-nin (Cənubi Qafqazda - red.) infrastruktur layihələrində mümkün iştirakını alqışlayacağıq", - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM