Avropa İttifaqına (Aİ) üzv dövlətlər Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə və Azərbaycan ilə Ermənistan arasında sülhün daha da möhkəmlənməsinə yönəlmiş səylərə dəstəklərini ifadə ediblər.
NTV-nin Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi Aİ Xarici İşlər Nazirləri Şurasının formatı çərçivəsində keçirilən görüşdə bildirilib.
Görüş iştirakçıları Ermənistan və Aİ arasında tərəfdaşlığın inkişafını qeyd etmiş, həmçinin qarşıdakı vəzifələr barədə fikir mübadiləsi aparıblar.
