Azərbaycan vətəndaşı Herayev Ramazan Məhəməliyeviç Qazaxıstandan ölkəyə ekstradisiya olunub.
Bu barədə NTV-yə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməkdə şübhəli bilinib.
Ramazan Herayev barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
O, Qazaxıstanda saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
