satellite   Azerspace-1: 11135 H 30000

Kilimancaro dağında helikopter qəzaya uğrayıb, ölənlər var

Kilimancaro dağında helikopter qəzaya uğrayıb, ölənlər var

Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro dağında helikopter qəzaya uğrayıb.

NTV  “Sky News”a istinadla xəbər verir ki, hadisə Tanzaniyanın şimalında, dağın ən çox istifadə olunan marşrutlarından birində baş verib.

Polisin verdiyi məlumata görə, qəza tibbi evakuasiya missiyası zamanı qeydə alınıb. Helikopter Barafu düşərgəsi ilə Kibo zirvəsi arasında, dəniz səviyyəsindən 4 min metrdən artıq yüksəklikdə qəzaya uğrayıb.

Bildirilib ki, helikopter tibbi evakuasiya və digər aviasiya xidmətləri göstərən “Kilimanjaro Aviation” şirkətinə məxsus olub. Şirkət hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM