satellite   Azerspace-1: 11135 H 30000

Güclü qar Avropa yollarında vəziyyəti ağırlaşdırıb

Güclü qar Avropa yollarında vəziyyəti ağırlaşdırıb

Avropanın əsas aeroportlarında uçuşların çoxu ləğv edilib, ya da vaxtı dəyişdirilib. Bir neçə ölkədə yağan intensiv qara görə yollarda hərəkət iflic olub.

NTV xəbər verir ki, Britaniyanın bəzi ərazilərində qarın hündürlüyü 52 santimetrə çatır. Oxşar vəziyyət Niderland və Fransada da müşahidə olunur.

Avropanın bir neçə ölkəsində magistralların buz bağlaması nəticəsində yollarda hərəkət çətinləşib. Niderland, Fransa və Britaniya arasında qatar əlaqəsi kəsilib.

Meteoroloqlar qarın yaxın bir neçə gün ərzində davam edəcəyini bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM