satellite   Azerspace-1: 11135 H 30000

Qar təmizləyərkən çəkilmiş fotosunu paylaşan Viktor Orbanın “Azad olduq” mesajı

Qar təmizləyərkən çəkilmiş fotosunu paylaşan Viktor Orbanın “Azad olduq” mesajı

Macarıstanın Baş naziri Viktor Orban bu gün səhər sosial şəbəkədəki səhifəsində yeni paylaşım edib.

NTV xəbər verir ki, “qarlı səhərdən gözəl heç nə yoxdur” sözləri ilə çıxış edən Orban əlində qarı təmizləmək üçün kürək tutmuş formada çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşımda Baş nazir qış geyimində bağı qardan təmizləyərkən görünüb.

Şəkildə diqqətçəkən əsas məqamlardan biri “Azad olduq!” (“Kiszabadultunk!”) ifadəsidir.

Müşahidəçilərin fikrincə, vizual elementlər milli rənglərə işarə edir və adi məişət fəaliyyətini simvolik siyasi mesaja çevirir. Bu cür fotolar Orbanın fəallıq, idarəetmə qabiliyyəti və xalqla birlikdə olmaq imicini gücləndirməyə xidmət edir.

Baş nazir paylaşımının sonunda hava şəraitinə də toxunaraq xəbərdarlıq edib. O bildirib ki, gün ərzində qarın intensivliyi arta bilər. O, buna görə vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM