satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Bəzi qüvvələrin kilsədən dövlətə qarşı istifadə cəhdlərinə imkan verməyəcəyik

Paşinyan: Bəzi qüvvələrin kilsədən dövlətə qarşı istifadə cəhdlərinə imkan verməyəcəyik

Bəzi qüvvələr Erməni Apostol Kilsəsini (EAK) dövlətə qarşı addımlar üçün alət kimi istifadə etməyə çalışırlar.

NTV-nin Ermənistan KİV-inə istinadən verdiyi xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan "xaç yürüşü"nün başa çatmasından sonra çıxışında bildirib.

"Ermənistanın xalq tərəfindən seçilmiş Baş naziri olaraq bəyan edirəm ki, biz buna icazə verməyəcəyik", - o qeyd edib.

N.Paşinyan həmçinin qeyd edib ki, daha əvvəl 10 yepiskopla birlikdə EAK-da islahatların başlanması ilə bağlı bəyanat imzalanıb: "Bu mətndə aydın şəkildə qeyd olunub ki, hər birimiz öz günahımızı və məsuliyyətimizi qəbul edirik".

Baş nazir onu da bildirib ki, bütün ermənilərin legitim katolikosu olmalıdır.

Paşinyan din xadimlərini ibadət zamanı II Qareqinin adını çəkməməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM