satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 6 milyard dolları ötüb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 6 milyard dolları ötüb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 2025-ci ilin dekabr ayında əvvəlki ayla müqayisədə 342,6 milyon dollar artaraq rekord həddə çatıb.

NTV  xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Bankın məlumatına görə, hazırda ölkənin beynəlxalq valyuta ehtiyatları təxminən 6,16 milyard dolları təşkil edir.

Qeyd olunub ki, 2025-ci ilin dekabr ayı etibarilə beynəlxalq valyuta ehtiyatlarında qızılın payı 16,3 faiz (1,002,3 milyon dollar) təşkil edir. Qızılın qiymətindəki dəyişiklik nəticəsində monetar qızılın dəyəri əldə edildiyi andan bəri ikiqat artaraq 502,3 milyon dollar təşkil edib ki, bu da Milli Bankın ehtiyatların diversifikasiyası strategiyasının etibarlılığını göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM