satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: Rusiya-Ukrayna savaşında davamlı sülhün əldə edilməsinə çox yaxınıq

Hakan Fidan: Rusiya-Ukrayna savaşında davamlı sülhün əldə edilməsinə çox yaxınıq

Dörd ildir davam edən Rusiya-Ukrayna savaşında davamlı sülhün əldə edilməsinə çox yaxın olduğumuzu düşünürəm.

NTV Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "İstəklilər koalisiyası"nın Parisdə keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, sülhün açarı olan bir sıra məsələlər fövqəladə şəkildə müzakirə edilir.

"Sülh müqaviləsi imzalancağı təqdirdə, bu, sadəcə Ukraynada müharibəni bitirən sülh anlaşması olmayacaq, eyni zamanda, yeni dönəmdə Rusiya ilə Avropa arasındakı sülhün mümkün modellərini, həmçinin Rusiyanın regionla bağlı siyasətini də müəyyən edəcək anlaşma olacaq".

H. Fidan bildirib ki, mümkün sülh çərçivəsində Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə tərəfi məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM