satellite   Azerspace-1: 11135 H 30000

Efiopiyada baş verən qəzada 22 miqrant həlak olub

Efiopiyada baş verən qəzada 22 miqrant həlak olub

Çərşənbə axşamı Efiopiyanın şimal-şərqində yerləşən Afar bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 22 miqrant ölüb, 65 nəfər isə yaralanıb.

NTV xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə səhər saatlarında baş verib. İlkin versiyaya görə, sürücü idarəetməni itirib və miqrantları daşıyan yük maşını yoldan çıxaraq aşıb. Yaralılar təcili olaraq yaxınlıqdakı tibb müəssisələrinə aparılıb, onların çoxunun vəziyyəti ağırdır.

Qeyd edək ki, Efiopiyalı miqrantlar son illərdə Cibutiyə gedərək, oradan isə Qırmızı dənizi keçərək Yəmən vasitəsilə Yaxın Şərqə çatmağa çalışır. Səudiyyə Ərəbistanında iş tapmaq ümidi ilə təhlükəli səfərə çıxan miqrantların bir çoxu dələduzların qurbanına çevrilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM