satellite   Azerspace-1: 11135 H 30000

Venesuelada keçirilən əməliyyat zamanı yeddi amerikalı hərbçi yaralanıb

Venesuelada keçirilən əməliyyat zamanı yeddi amerikalı hərbçi yaralanıb

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu həbs etmək məqsədilə Karakasda keçirdiyi hərbi əməliyyat zamanı yeddi amerikalı hərbçi yaralanıb.

NTV  xəbər verir ki, “Associated Press” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, şənbə günü Karakasda keçirilən basqın zamanı yeddi amerikalı hərbçi güllə və qəlpə yaraları alıb. Yaralılardan beşi artıq xidmətə qayıdıb, ikisi isə Texasdakı San-Antonio Tibb Mərkəzində müalicəsini davam etdirir.

Həmçinin əməliyyat nəticəsində Venesuela təhlükəsizlik qüvvələrinin azı 24 əməkdaşı və 32 kubalı hərbçi öldürülüb.

Pentaqonun məlumatına görə, əməliyyatda “Delta Force” xüsusi təyinatlı qüvvələrin iki bölməsi, təxminən 200 amerikalı hərbçi iştirak edib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM